Pandemiya dövründə aktiv araşdırmalar nəticəsində alimlər qlükozanın immun sisteminin möhkəmlənməsində vacib elementlərindən biri olduğu qənaətinə gəliblər.
Məlumdur ki, orqanizmin yad cisimlərə reaksiyası zamanı (məsələn, infeksiyalara cavab olaraq) immun sisteminin hüceyrələri daha aktiv olur. Bu zaman immun sisteminin mikroelementlərinin aktiv fəaliyyəti üçün qlükoza tələbatı çoxalır. Ona görə də müxtəllif virus və xəstəliklərdən qorunmaq üçün qlükoza vacib hesab olunur və əlavə qlükoza qəbuluna ehtiyac yaranır.
Dendrit hücüyrələr imun sistemimizin bir hissəsidir. Bu hüceyrələri orqanizmin polisləri də adlandırmaq olar. Onlar orqanizmimizə ola biləcək təhlükələri izləyir və dərhal reaksiya verirlər. Yeni araşdırmalar nəticəsində qlükozanın az olması dendrit hüceyrələrinin öz öhdəliklərini yerinə yetirməsinə çətinlik törətdiyini sübut etmişdir.
Qlükoza haqqındakı araşdırmalar İrlandiyanın Triniti Universitetində (Trinity College Dublin) dosent-virusoloq Devid Finleyin (David Finlay) və onun komandası tərəfindən aparılır.
Bu analizlərin nəticələri və qlükozanın faydaları dünyanın məşhur jurnalı “Nature Communications»-da dərc olunub.
Araşdırma və onun nəticələri ilə yaxından tanış olmaq üçün: www.medicalnewstoday.com saytına keçid edə bilərsiniz.