Sağlamlıq

Aİ COVID-19-la mübarizə üçün Azərbaycana - 14 MİLYON AVRO AYIRIB

Aİ COVID-19-la mübarizə üçün Azərbaycana - 14 MİLYON AVRO AYIRIB | FED.az
08:57 9 Aprel 2020

Avropa İttifaqı koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb.

Eləcə də bax: "Vişeqrad qrupu" Azərbaycana - MALİYYƏ YARDIMI AYIRACAQ

FED.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Şərq qonşuluğu departamentinin direktoru Laurens Meredit "Twitter" hesabındakı paylaşımında məlumat verib.

Bildirib ki, ittifaq “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə yeni növ koronavirus pandemiyası ilə mübarizə üçün təcili olaraq 80 milyon, qısamüddətli dəstək üçün 883 milyon avro vəsait ayıracaq. Ayrılan vəsaitdən Gürcüstan 183 milyon, Belarus 60 milyon, Moldova 87 milyon, Ukrayna 190 milyon avro, Ermənistan 92 milyon avro əldə edəcək.

Apa

Digər xəbərlər

Banner