"Pandemiyaya baxmayaraq, 23 rayon və şəhərdə icbari tibbi sığorta uğurla icra olunub".
Eləcə də bax: İcbari tibbi sığorta üzrə ən çox müraciət olunan xidmətlər - Açıqlanıb
FED.az xəbər verir ki, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, 256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib: "Tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təminat sayı artırılıb. Ötən il tibb müəssisələri 334 növ dərman vasitəsi ilə təmin olunub. Bu çeşidlər daha da artırılacaq". (Apa)