“Polilklinikalarda çalışan orta tibb işçisinin sabit əlavələri 80 manat, kiçik tibb işçisi üçün isə 40 manat məbləğində olacaq”.
Eləcə də bax: İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.
O qeyd edib ki, poliklinikalarda çalışan həkimlər (cərrah, terapevt və s.) bonus alacaq: “Çünki onlar əhaliyə birbaşa xidmət göstərir və buna uyğun olaraq da bonus alacaqlar. Əgər hər hansı poliklinikada Ailə Sağlamlıq Mərkəzi (ASM) formalaşacaqsa, o zaman orada çalışanlar da əlavələr alacaqlar. ASM-də rəhbər vəzifədə işləyən həkimlər 480 manat məbləğində əlavə alırlar”. (Report)