Bu ilin əvvəlindən Afrika ölkələrində meymunçiçəyinə (“mpox”) yoluxanların sayı 22,8 min nəfərə çatıb.
Azərbaycana meymunçiçəyi virusunun testi və dərmanı gətirilib
FED.az xəbər verir ki, bu barədə AP agentliyi Afrika İttifaqının tibb xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, bu müddət ərzində xəstəliyə yoluxan 622 nəfər dünyasını dəyişib. Üstəlik, son bir həftə ərzində yoluxmaların sayı 2 dəfə artıb. Qitədə xəstəliyin ən çox yayıldığı ölkə Konqo Demokratik Respublikasıdır. Xəstəliyə ən həssas yaş qrupu isə 15 yaşa qədər uşaqlar və yeniyetmələrdir. (Azərtac)