Abu-Dabinin ADQ şirkəti Türkiyənin dərman şirkəti «Birgi Mefarı» almağa razılaşıb.
FED.az xəbər verir ki, Abu Dhabi Development Holding (ADQ) steril inyeksiya məhsulları istehsalçısı olan Birgi Mefar Group-u almaq üçün yekun müqavilə imzalayıb.
Qeyd edək ki, «Birgi Mefar» Avropa və Asiya bazarları da daxil olmaqla 30-dan çox ölkəyə məhsul ixrac edir.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.