Banner

Sağlamlıq

ABŞ virusa yoluxmada – BİRİNCİ YERƏ ÇIXDI

ABŞ virusa yoluxmada – BİRİNCİ YERƏ ÇIXDI | FED.az
09:48 27 Mart 2020

ABŞ yeni növ koronavirus (Covid-19) epidemiyasında 82 min 179 hal ilə Çin və İtaliyanı geridə qoyaraq dünyada birinci yeri tutub.

FED.az xəbər verir ki, Covid-19 olan ölkələrdə və bölgələrdə yeni hallar haqqında məlumatların toplandığı "worldometer" saytındakı məlumata görə, virusa yoluxanların sayı son 6 saatda 12 min 982 nəfər artaraq 82 min 179-a çatıb, ölənlərin sayı 1177-dən 1177-ə yüksəlib.  Çində 81 min 285, İtaliyada 80 min 589 virus hadisəsi var.

ABŞ-da ən çox virus yayılan yer Nyu-York əyalətidir - 37, 738 hadisə və 385 ölüm halı.  Nyu-Cersidə 6 876, Kaliforniyada 3 829 yoluxma halı qeydə alınıb.

Digər xəbərlər

Banner