ABŞ prezidenti Donald Tramp ölkənin Ümumdünya Səhiyyə Təşkilatından rəsmi olaraq çıxdığını elan edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə öz “Twitter” hesabında Nyu-Cersi ştatının senatoru Bob Menendez məlumat verib.
Eləcə də bax: Tramp ÜST-ə 30 gün - VAXT VERDİ
Senator qeyd edib ki, qərar “pandemiya dövründə” qəbul edilib və xaotik xarakter kəsb edir. “Bu, amerikalıların həyatını və maraqlarını qorumayacaq. Əksinə, onları xəstəlik içində qoyacaq”, – Menendez söyləyib.
CNN kanalının verdiyi məlumata görə, qərar 2021-ci il 6 iyul tarixində qüvvəyə minəcək.
Xatırladaq ki, Donald Tramp ÜST-ni hələ aprel ayında tənqid etməyə başlamışdır. Onun fikrincə, təşkilat koronavirus infeksiyasının yayılması ilə yetərli mübarizə aparmır. Nəticədə, prezident ABŞ-ın ÜST-ni bir daha maliyyələşdirməyəcəyini açıqladı.