ABŞ dünyada koronavirusa qarşı effektiv dərman sayılan remdesivirin 90% ehtiyatlarını satın alıb.
Eləcə də bax: Tramp koronavirus vaksinini yaradacaq şirkətin adını - AÇIQLADI
FED.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donalıd Tramp təsdiqləyib.
“Mənim administrasiyam koronavirusa qarşı effektiv olan remdesivir dərmanının 90%-lik dünya ehtiyatlarını əldə edib”.
Kaliforniyada yerləşən “Gilead Sciences” bioşirkətinin hazırladığı dərmanın 500 min dozu Ağ Ev adminisyrasiyası tərəfindən alınıb. Bu şirkətini istehsal etdiyi dərman həcminin 90%-idir. Nəticədə, xarici ölkələrin şirkətdən remdesivir alması xeyli çətinləşib.
Ebola virusuna qarşı hazırlanmış dərman klinik sınaqlar zamabnı koronavirusa qarşı effektiv olduğu, virusun çoxaılmasının qarşısıın uğurla aldığı sübut olunmuşdu. (Modern)