ABŞ-da qeydə alınan yeni növ koronavirusa yoluxma hallarının sayı 2033-ə çatıb, 47 nəfər bu virusdan ölüb.
FED.az xəbər verir ki, son məlumatlara görə, artıq ölkənin 50 ştatından 48-də təhlükəli virusa yoluxma var. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzin məlumatlarına görə, xaricdən ölkəyə qayıdan 70 amerikalıda, həmçinin 48 ştatın və Kolumbiya şəhər bölgəsinin 1963 sakinində koronavirus aşkar edilib.
Koronavirusa yoluxma halı və bu səbəbdən dünyasını dəyişənlər ən çox Vaşinqton ştatında qeydə alınıb və bu şəhərdə 420 nəfərin virusa yoluxduğu və 31 nəfərin dünyasını dəyişdiyi bildirilir. Virusun yayıldığı ştatlar arasında ən az yoluxma halı Oreqon ərazisində qeydə alınıb. Belə ki, Oreqon ştatında virusa yoluxanların sayı 29 nəfərdir və bu ştatda adı çəkilən virusa yoluxma səbəbindən ölüm faktı qeydə alınmayıb.