ABŞ-da koronavirusdan ölənlərin sayı 85 nəfərə çatıb.
FED.az xəbər verir ki, məlumatı “Ahaber” yayıb.
Bildirilib ki, Qərbi Virciniya ştatı istisna edilməklə ölkədə virusa yoluxanların sayı 4 661 nəfərə çatıb.
Qeyd edək ki, ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edilir. ABŞ Prezidenti Donald Tramp ölkədə yeni koronavirusun yayılmasının iyul-avqust aylarında bitəcəyini gözlədiklərini bildirib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 182 731-ə çatıb. Bunların 79 883 nəfəri sağalıb, 7 174 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Report