ABŞ COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 3,6 milyon dollara yaxın vəsait ayırıb.
FED.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Eləcə də bax: Tramp ilham Əliyevə - MƏKTUB ÜNVANLAYIB
Qeyd olunub ki, həmin məbləğin 3 milyon dolları laboratoriya sistemlərinin hazırlanması, koronavirusa yoluxma hallarının aşkarlanması üzrə işlərin fəallaşdırılması, texniki ekspertlərin dəstəklənməsi və bu istiqamətdə digər tədbirlər üçün ayrılıb. Bundan başqa, daha 565 min dollar isə pandemiya zamanı miqrant və qaçqınlara humanitar yardımı əhatə edir.
Son 20 ildə ABŞ Azərbaycana ümumilikdə 894 milyon dollardan çox, o cümlədən səhiyyə sahəsinə 41 milyon dollara yaxın sərmayə qoyub.
Trend