FED.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, Milla markalı üd və süd məhsullarının istehalçısı olan “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız 65 adda, ümumi çəkisi 8946.77 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.
Qeyd edək ki, istifadə müddəti bitmiş Milla məhsullarının istehalçının öz müraciətilə məhv edilməsi alıcıların sağlamlığına olan diqqətdir.
“AZ FP CO LTD” şirkəti son itifadə tarixi keçən və digər səbəblərdən istehlaka yarasız vəziyyətə düşən məhsulları satış mərkəzlərindən geri yığaraq məhv etdirir, əvəzində satışa təzə məhsullar göndərir.