17-18 iyul tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 31 ticarət müəssisəsi, o cümlədən 16 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 27 müəssisədə nöqsanlar müəyyən olunub.
“Wolt Market”də vaxtı keçən qida məhsulları - AŞKARLANDI
FED.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 7, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 24, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
“Grandmart” market |
Sumqayıt şəhəri, Sahil küçəsi |
1. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
2 |
“Bol” market |
Qobustan şəhəri, H.Əliyev prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 |
“Dost” market |
Qobustan şəhəri, Bakı- Qazax yolunun kənarı |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
4 |
“Murad” market |
Qobustan şəhəri, Bakı- Qazax yolunun kənarı |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
“Mirzə” market |
Qobustan şəhəri, Bakı- Qazax yolunun kənarı |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
Əsədov Cavid Sahib oğluna məxsus market |
Qobustan şəhəri, H.Əliyev prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
Qayıblı Eyyub Bakixan oğluna məxsus market |
Qobustan şəhəri, M.Balakişiyev küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
8 |
“UFA” market |
Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
9 |
“602” market |
Qəbələ rayonu, H. Əliyev küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 |
“Şahbuz” market |
Qəbələ rayonu, Bum qəsəbəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
11 |
“Anar” bal evi |
Qəbələ rayonu, H. Əliyev küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 |
“Uğur” market |
Xaçmaz rayonu, Müzəffəroba kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
Seyidəhmədov Anar Bəylər oğluna məxsus market |
Xaçmaz rayonu, Sabiroba kəndi |
1. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
14 |
“Bol” market |
İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
15 |
“Mars” market |
Lənkəran şəhəri, Z.Əliyeva küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 |
“Snickers” market |
Lənkəran şəhəri, Z.Əliyeva küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
17 |
“Qoca Çinar” restoranı |
Xətai rayonu, X.Məmmədov küçəsi, ev 236 |
1. Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
18 |
“Qəbələ Təndir” restoranı |
Binəqədi rayonu, Atatürk prospekti, ev 182 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
19 |
“Zirinc” restoranı |
Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 52C |
1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
20 |
“Zanbaq” restoranı |
Binəqədi rayonu, Azadlıq prospekti, ev 171 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
21 |
“Parti” restoranı |
Sabunçu rayonu, M.Fətəliyev küçəsi, ev 36A |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
22 |
“Avini” restoranı |
Sabunçu rayonu, M.Fətəliyev küçəsi, ev 41E |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
23 |
“Balkon” restoranı |
Sabunçu rayonu, M.Fətəliyev küçəsi, ev 41 |
1. Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
24 |
“Həyat Hall” şadlıq sarayı |
Sabunçu rayonu, Bakıxanov ŞTQ, Gənclik prospekti |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
25 |
Kazımov Elman Ələsgər oğluna məxsus çay evi |
İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
26 |
“Teras” çay evi |
İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
27 |
“Ay İşığı” restoranı |
Tovuz rayonu, Muncuqlu kəndi |