İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında, “Qurman Plyus” MMC-yə məxsus ümumi çəkisi 15.4 ton, “AZ FP CO LTD” MMC-yə məxsus 70 adda 7.2 ton, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 45.6 ton müxtəlif növ qida məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.
“Azərsun Holdinq”in şirkətinin 30 ton məhsulu - MƏHV EDİLİB
FED.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumat üçün bildirək ki, “AZ FP CO LTD” MMC bazarda “Milla” brendi ilə çıxış edir. “Sun Food” MMC isə “Azersun Holdinq”ə daxil olan şirkətlərdən biridir.