2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10652 sahibkarlıq subyektindən 405-nə imtina verilib.
Eləcə də bax: AQTA sədrindən “yəqin haqq alıblar” - İDDİASINA CAVAB
FED.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hesabat dövründə 3900-dən çox sahibkarla görüşlər keçirilib:
''Qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb və bütün ölkə üzrə tətbiq edilib. 2019-cu il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub''.