Azərbaycanda 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə FED.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954,1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4149 nəfər müalicə olunaraq sağalıb, 88 nəfər vəfat edib, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 339.876 test aparılıb.