Bloomberg tərəfindən hazırlanan proqnozlara görə, analitiklər Pfizer Inc., Moderna Inc. ve AstraZeneca Plc şirkətlərinin 2021-ci ilin sonunda Covid-19 peyvəndlərindən cəmi 20 milyard dollar gəlir əldə edəcəyini gözləyir.
Eləcə də bax: Peyvənd hazırlayan şirkətlərin rəhbərləri - Milyarderlər Siyahısına Salındı
FED.az xəbər verir ki, Pfizer Inc., Moderna Inc. ve AstraZeneca Plc Kovid-19 epidemiyasına qarşı ən təsirli peyvəndləri inkişaf etdirən şirkətlərdir.
Pfizer-in 2021-ci ildə peyvənddən 10,2 milyard dollar gəlir götürəcəyi gözlənilir.
Analitiklər Moderna-nın peyvənddən əldə etdiyi gəlirin 2021-ci ildə 7,4 milyard dollara çatmasını, 2022-də isə 4,8 milyard dollara düşməsini gözləyir.
İngiltərənin AstraZeneca şirkətinin isə, 2021-ci ildə peyvənddən 2,15 milyard dollar gəlir əldə etməsi təxmin edilir. (Marja)