Almaniyanın biotexnologiya şirkəti BioNTech 2026-cı ilə qədər ilk xərçəng peyvəndini lisenziyalaşdırmağı və kommersiyalaşdırmağı planlaşdırır.
Xərçəngə qarşı vaksin 2030-cu ilə qədər - TƏTBİQ OLUNACAQ
FED.az xəbər verir ki, bu barədə şirkətin həmtəsisçiləri Özlem Tureci və Uğur Şahin məlumat veriblər.
BioNTech COVID-19-a qarşı peyvənd hazırlayan ilk şirkətlərdən biridir. "Biz ilk xərçəng peyvəndlərimizin 2026-cı ilə qədər lisenziyalaşdırılacağını və satışı üçün icazə veriləcəyini gözləyirik".
Hazırda şirkət ağciyər və döş xərçənglərinə qarşı peyvəndlər hazırlayır. 2-ci və 3-cü fazaların tamamlanmasından sonra sınaq peyvəndləmə aparılacaq.
Şahin həmçinin dəri, kolon, uşaqlıq yolu, prostat xərçəngi də daxil olmaqla cəmi 30 xərçəng növü ilə bağlı klinik sınaqların davam etdiyini bildirib. Tədqiqatlardan bəziləri çox uğurlu olub və peyvənd hazırlanır. Onun sözlərinə görə, şirkətin qarşısına “2030-cu ilə qədər xərçəng müalicəsi üzrə geniş portfel yaratmaq” məqsədi qoyulub. (Marja)