Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Payım" ticarət markası ilə kolbasa və sosiskalar istehsal edən "Al-Sana" MMC-nin istehsal fəaliyyəti üzrə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib.
AQTA tərkibində problem olan kolbasa-sosiska məhsullarını açıqlayıb - SİYAHI
FED.az xəbər verir ki, 2023-cü ilin Mart ayında AQTA tərəfindən 76 sahibkarlıq subyektinin "Qida təhlükəsizliyi qeydiyyatı" ləğv edilib.
Həmçinin AQTA, "Dilim-Dilim", “Əsl dad” kolbasalarının istehsalçısı olan "Sevilən Ad" MMC-nin də istehsal fəaliyyəti üzrə qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.
"Qida təhlükəsizliyi haqqında"Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri qeydiyyata alınır. Qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərmək qadağandır.