Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan FED.az-a verilən məlumata görə, ölkəyə idxal olunan bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsinə nəzarət məqsədilə Agentlik əməkdaşları tərəfindən monitorinq keçirilib. Monitorinq çərçivəsində 18 adda bioloji fəallığa malik qida əlavəsinin qida təhlükəsizliyi sertifikatı olmadan satışının həyata keçirildiyi müəyyən edilib.
Aşkarlanan məhsulların əmtə nişanı, seriya nömrəsi və istehsal tarixləri aşağıdakı kimidir:
№ |
Məhsulun əmtəə nişanı |
Seriya nömrəsi |
İstehsal tarixi |
1 |
Naprim 30 |
EX2019-186 |
11.2019 |
2 |
Qanalin forte 30 |
EX2019-179 |
11.2019 |
3 |
Activline Vitamin C |
L2900002 |
11.2019 |
4 |
Rehidron bioz |
TS316 |
10.2019 |
5 |
Altekid drops 30 ml |
18100012 |
10.2018 |
6 |
Vitazim |
53791 |
06.2018 |
7 |
Qızıl mumya |
549031 |
09.2019 |
8 |
Ginkqo Biloba |
113151 |
08.2019 |
9 |
Laminariya |
189055 |
9.2019 |
10 |
Turbosilm |
111085 |
3.2019 |
11 |
Linex baby |
7598 |
12.2018 |
12 |
Diabet xəstələri üçün vitaminlər №3 |
18K075 |
11.2018 |
13 |
Supradin kids |
81873 |
07.2018 |
14 |
Pikovit şərbət 150 ml |
Z82674 |
12.2018 |
15 |
Pikovit şərbət |
83328 |
03.2019 |
16 |
Duovit for Women |
NH1901 |
01.2019 |
17 |
Troyçatka |
255073 |
04.2019 |
18 |
Mastofit |
196063 |
02.2019 |
18 adda bioloji fəallığa malik qida əlavəsinin sertifikatsız satışının həyata keçirilməsi səbəbilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qeyd olunan məsələ ilə bağlı monitorinqlər davam etdirilir.