Real TV icbari tibbi sığortayla bağlı material hazırlayıb. FED.az həmin süjeti təqdim edir:
İcbari tibbi sığorta məsələsi Azərbaycanda uzun illərdir aktualdır. Hələ 1999-cu ildə qanun qəbul edilsə də, o qanun ölkədə tətbiqini tapmayıb. Təbii ki, müxtəlif səbəblər üzündən. Amma 2020-ci il deyilənlərə görə fərqli olacaq və biz icbari tibbi sığortanın faydasını görəcəyik.
Eləcə də bax :Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə veriləcək xəstəxanaların - SİYAHISI
Lahiyədə xidmətlər zərfinin baza hissəsi sığorta məbləği adambaşına təqvim ilində 29 manat müəyyən edilib. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcək.
Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üçün əmək haqının 4%i sığorta məbləğinə nəzərdə tutulur ki, bu da işəgötürən və işçi tərəfindən hərəyə 2% olmaqla ödəniləcək. Digər kateqoriyadan olan şəxslər təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam tibbi yardım hüququ əldə edəcəklər.
Bu dəyişikliklərə əsasən icbari tibbi sığorta fondu yaradılacaq və tibb müəssisələrində keyfiyyət standartı tətbiq olunacaq. Əsas məqsəd tibbi xidmətlərin keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırmaqdır. 2020-ci il üçün 20 keyfiyyət standartı, sonrakı illərdə isə bunların sayının artırılaraq sayının 200-ə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, mövcud qanun bir çox aspektlərdə dövrün tələblərinə cavab vermədiyi üçün dövlət başçısının təşəbbüsü ilə tibbi sığorta ilə bağlı qanuna əlavə və dəyişikliklər edilməsi barədə lahiyə irəli sürülüb.