Koronavirus epidemiyasının vurduğu bir çox ölkədə tibbi avadanlıqla bağlı problemlər yaşanır. Tibbi avadanlıqlar və səhiyyə şirkətləri insan sağlamlığından çox qazanclarını düşünməyə davam edirlər.
Eləcə də bax: Azərbaycana bir gecədə - 200 APARAT GƏTİRİLDİ
FED.az xəbər verir ki, İtaliyada iki gənc 11 000 dollarlıq nəfəs aparatını 1 dollara istehsal edib. Tibbi avadanlıqlar istehsal edən şirkət gəncləri məhkəmə ilə hədələyib.
İtaliyada 11 min dollara satılan və koronavirusu daşıyan xəstələrin müalicəsində həyati əhəmiyyət daşıyan tənəffüs cihazı tapılmır. Vəziyyətin belə olduğunu görən iki gənc 1 dollar dəyərində cihazı 3D printerlə istehsal etməyə başlayıb. Şirkətin hədələməsinə baxmayaraq, gənclərin istehsal etdiyi cihazlardan istifadə olunmağa başlanılıb.