Azərbaycanda son on il ərzində həkimlərin sayında dəyişiklik çox cüzi artım və azalma ilə müşahidə olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər əsasında apardığı hesablamalara istinadən xəbər verir.
Məlumata əsasən ilk 3 il ərzində həkimlərin sayında əsasən artım baş verib. Belə ki, 2013-cü ildən 2015-ə kimi həkimlərin sayı 32,3 min nəfərdən 32,8 min nəfərə yüksəlib. Növbəti 3 il ərzində isə hər il üçün 0,9%-lik azalma baş verib və 2018-ci ilədək 31,9 min manata düşüb.2019-cu ildə yenidən 1,9% artımdan sonra 2020-ci ilə nisbətən 2,2% azalma baş verib.
2021-ci ildın indiyədək isə artım baş verməkdədir. Belə ki, 2021-ci ildə əgər Azərbaycanda 32 min həkim vardısa, 2022-ci ildə 32,8 min nəfər, 2023-cü ildə isə 33,6 min nəfər olub.
İllər |
Həkimlərin sayı (min nəfər) |
Artıb-azalma (rəqəmlə, min nəfər) |
Artıb-azalma (faizlə) |
2013 |
32,3 |
0,9 |
2,9% |
2014 |
32,4 |
0,1 |
0,3% |
2015 |
32,8 |
0,4 |
1,2% |
2016 |
32,5 |
-0,3 |
-0,9% |
2017 |
32,2 |
-0,3 |
-0,9% |
2018 |
31,9 |
-0,3 |
-0,9% |
2019 |
32,5 |
0,6 |
1,9% |
2020 |
31,8 |
-0,7 |
-2,2% |
2021 |
32 |
0,2 |
0,6% |
2022 |
32,8 |
0,8 |
2,5% |
2023 |
33,6 |
0,8 |
2,4% |