2025-ci ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən buraxılmış qiymətli kağızlar üzrə aparılmış əməliyyatların nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, əldə olunan məlumatlara əsasən, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC bu seqment üzrə 456 milyon 106 min 788 manatlıq əməliyyat həcmi ilə açıq fərqlə lider mövqedə qərarlaşıb.
İkinci yeri "ABB İnvest İnvestisiya Şirkəti" QSC tutub. Bu şirkət 60 milyon 257 min 915 manatlıq əməliyyatla bazarda fəallığını qoruyub. Üçüncü sırada isə CPM-İnvest İnvestisiya Şirkəti QSC yer alıb – 56 milyon 70 min 352 manatlıq əməliyyat həyata keçirilib.
Assist Finance İnvestisiya şirkəti ASC 39 milyon 491 min 445 manatlıq əməliyyatla dördüncü yerdə qərarlaşsa da, MFX Trading İnvestisiya Şirkəti də 14 milyon 717 min 443 manatlıq göstərici ilə siyahıda öz yerini alıb.
Digər iştirakçılardan "Unicapital İnvestisiya Şirkəti" ASC 12 milyon 251 min 233 manat, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 7 milyon 955 min 326 manat, Capital Partners İnvestisiya Şirkəti QSC isə 4 milyon 950 min 287 manatlıq əməliyyatla ARMB qiymətli kağızları üzrə bazarda iştirak ediblər.
Troni İnvestisiya Şirkəti QSC isə 497 min 216 manatla ən az əməliyyat aparan şirkət olub.
Bu dövrdə "İnvest-Az İnvestisiya Şirkəti" QSC, "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC və "PSG Kapital İnvestisiya Şirkəti" QSC isə ARMB qiymətli kağızları üzrə heç bir əməliyyat həyata keçirməyiblər.
Daha ətraflı aşağıdakı cədvəldə:
Sıra |
İnvestisiya Şirkətinin Adı |
ARMB qiymətli kağızları üzrə əməliyyat həcmi (AZN) |
1 |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
456 106 788 |
2 |
"ABB İnvest İnvestisiya Şirkəti" QSC |
60 257 915 |
3 |
CPM-İnvest İnvestisiya Şirkəti QSC |
56 070 352 |
4 |
Assist Finance İnvestisiya şirkəti ASC |
39 491 445 |
5 |
MFX Trading İnvestisiya Şirkəti |
14 717 443 |
6 |
"Unicapital İnvestisiya Şirkəti" ASC |
12 251 233 |
7 |
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC |
7 955 326 |
8 |
Capital Partners İnvestisiya Şirkəti QSC |
4 950 287 |
9 |
Troni İnvestisiya Şirkəti QSC |
497 216 |
10 |
"İnvest-Az İnvestisiya Şirkəti" QSC |
- |
11 |
"CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC |
- |
12 |
"PSG Kapital İnvestisiya Şirkəti" QSC |
- |