2025-ci ilin yanvar–iyun ayları üzrə Bakı Fond Birjasında korporativ istiqrazlar bazarında aparılan əməliyyatların həcmi məlum olub. Əldə olunan rəqəmlər bu bazar seqmentində üç aparıcı oyunçunun digərlərindən açıq şəkildə fərqləndiyini göstərir.
İnvestisiya şirkətlərinin dövlət istiqrazları üzrə dövriyyəsinin həcminə görə renkinqi - (YANVAR-İYUN/2025)
FED.az xəbər verir ki, liderliyə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC yüksəlib. Şirkət 981 milyon 154 min manatlıq əməliyyat həcmi ilə bazarda ilk sırada qərarlaşıb. Bu göstərici onu yalnız korporativ istiqrazlar deyil, ümumi bazar aktivliyində də ön sıralara çıxarır.
İkinci yerdə 695 milyon manatlıq əməliyyatla “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb. Şirkət möhkəm ritm saxlayaraq bazarda ciddi paya sahib olduğunu nümayiş etdirib.
İlk üçlüyü isə 397 milyon 588 min manatlıq əməliyyatla “Unicapital İnvestisiya Şirkəti” ASC tamamlayır. Beləliklə, bazarda üçlü liderlik formalaşıb və bu şirkətlər ümumi korporativ istiqraz əməliyyatlarının böyük hissəsini öz aralarında bölüşüblər.
Dördüncü yerdə “ABB İnvest” qərarlaşıb – 115 milyon 736 min manat. Digər iştirakçılar arasında PSG Kapital (46,7 milyon AZN), Capital Partners (14,6 milyon AZN), İnvest-Az (12,5 milyon AZN) və CFI Financial (8,2 milyon AZN) kimi adlar yer alıb.
Son sıralarda isə Xalq Kapital, CPM-İnvest, MFX Trading və Troni kimi şirkətlər daha kiçik həcmli əməliyyatlarla təmsil olunublar. Ən aşağı göstərici Troni-yə məxsusdur – cəmi 730 min manat.
Daha ətraflı aşağıdakı cədvəldə:
Sıra |
İnvestisiya Şirkətinin Adı |
Korporativ İstiqrazlar üzrə Əməliyyat Həcmi (AZN) |
1 |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
981 154 798 |
2 |
Assist Finance İnvestisiya şirkəti ASC |
695 053 057 |
3 |
"Unicapital İnvestisiya Şirkəti" ASC |
397 588 642 |
4 |
"ABB İnvest İnvestisiya Şirkəti" QSC |
115 736 132 |
5 |
"PSG Kapital İnvestisiya Şirkəti" QSC |
46 779 403 |
6 |
Capital Partners İnvestisiya Şirkəti QSC |
14 646 686 |
7 |
"İnvest-Az İnvestisiya Şirkəti" QSC |
12 505 504 |
8 |
"CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC |
8 275 435 |
9 |
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC |
1 101 048 |
10 |
CPM-İnvest İnvestisiya Şirkəti QSC |
917 815 |
11 |
MFX Trading İnvestisiya Şirkəti |
773 800 |
12 |
Troni İnvestisiya Şirkəti QSC |
730 668 |