2025-ci il üzrə sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə renkinqi müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sığorta növü üzrə ən çox yığım edən şirkət "Paşa Sığorta" olub. Şirkət 56,8 milyon manat sığorta haqqı toplayaraq siyahıya başçılıq edir.
İkinci pillədə 21,4 milyon manat yığımla "Atəşgah" Sığorta qərarlaşıb. İlk üçlüyü 18,5 milyon manat göstərici ilə "Qala Sığorta" tamamlayır.
Siyahının növbəti yerlərini "Azərbaycan Sənaye Sığorta" (15 milyon manat) və "Meqa Sığorta" (9 milyon manat) tutub.
|
Sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə renkinqi (2025l) |
||
|
№ |
Sığortaçı |
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (manat) |
|
1 |
"Paşa Sığorta" ASC |
56 829 178 |
|
2 |
"Atəşgah" Sığorta Şirkəti ASC |
21 373 680 |
|
3 |
"Qala Sığorta" ASC |
18 453 129 |
|
4 |
"Azərbaycan Sənaye Sığorta" ASC |
14 966 665 |
|
5 |
"Meqa Sığorta" ASC |
8 985 413 |










