2025-ci ildə həyat sığorta şirkətlərinin həyatın yaşam sığortası üzrə yığım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bazarın əksər iştirakçıları ili artımla başa vursa da, bir şirkətdə azalma qeydə alınıb.
Dinamika renkinqinin lideri "Meqa Həyat" şirkətidir. Sığortaçı yığımlarını 3 milyon manat (və ya 56,4%) artıraraq 5,3 milyon manatdan 8,2 milyon manata çatdırıb.
Artım tempinə görə ikinci yerdə "Qala Həyat" qərarlaşıb. Şirkət 1,1 milyon manat (38,2%) artım nümayiş etdirib, nəticədə yığımlar 3 milyon manatdan 4,2 milyon manata yüksəlib.
"Atəşgah Həyat" sığorta haqlarını 20,7 milyon manat (23,6%) artıraraq illik göstəricisini 87,5 milyon manatdan 108,2 milyon manata çatdırıb.
Bazarın mütləq lideri "Paşa Həyat" isə ən böyük həcmli artıma imza atıb. Şirkətin yığımları 32,9 milyon manat (5,7%) artaraq 579,9 milyon manatdan 612,8 milyon manata yüksəlib.
Siyahıda yeganə azalma "Xalq Həyat" şirkətində qeydə alınıb. Şirkətin yığımları 1,1 milyon manat (17,4%) azalaraq 6,2 milyon manatdan 5,1 milyon manata düşüb.
|
Həyat sığorta şirkətlərinin həyatın yaşam sığortası üzrə dinamikasının renkinqi (2024/2025) |
|||||
|
|
Sığorta şirkətləri |
2025 manat |
2024 manat |
İllik müqayisə (manat) |
İllik müqayisə (faiz/dəfə) |
|
1 |
"Meqa Həyat Sığorta" ASC |
8 233 714 |
5 266 204 |
2 967 510 |
56,4% |
|
2 |
"Qala Həyat" Sığorta Şirkəti ASC |
4 151 542 |
3 004 482 |
1 147 060 |
38,2% |
|
3 |
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC |
108 152 236 |
87 496 421 |
20 655 815 |
23,6% |
|
4 |
"Paşa Həyat Sığorta" ASC |
612 759 434 |
579 879 782 |
32 879 652 |
5,7% |
|
5 |
"Xalq Həyat" Sığorta Şirkəti ASC |
5 132 979 |
6 216 655 |
-1 083 676 |
-17,4% |
|
|
CƏMİ |
617 892 413 |
586 096 437 |
56 566 361 |
9,7% |










