2025-ci ilin ilk yarısında Bakı Fond Birjasında dövlət istiqrazları üzrə aparılmış əməliyyatların statistikası açıqlanıb.
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə renkinqi - (YANVAR-İYUN/2025)
FED.az xəbər verir ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 3 milyard 143 milyon 692 min 102 manatlıq dövriyyə ilə bazarın lideridir. Onun ən yaxın rəqibi olan "ABB İnvest İnvestisiya Şirkəti" QSC isə 3 milyard 77 milyon 10 min 257 manatlıq əməliyyat həcmi ilə ikinci yerdə qərarlaşıb.
Üçüncü ən aktiv şirkət "İnvest-Az İnvestisiya Şirkəti" QSC olub və 199 milyon 248 min 953 manatlıq əməliyyat həcmi ilə böyük şirkətlərin ardından gəlir. CPM-İnvest İnvestisiya Şirkəti QSC və Assist Finance İnvestisiya şirkəti ASC müvafiq olaraq 146 milyon 376 min 916 və 108 milyon 535 min 122 manatlıq əməliyyat göstəriciləri ilə onları izləyir.
Bundan əlavə, "Unicapital İnvestisiya Şirkəti" ASC 77 milyon 455 min 719 manat, MFX Trading İnvestisiya Şirkəti 32 milyon 653 min 471 manat əməliyyatla bazarda fəal iştirakını göstərir. Digər şirkətlər isə, o cümlədən Capital Partners İnvestisiya Şirkəti QSC, "PSG Kapital İnvestisiya Şirkəti" QSC, "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC və Troni İnvestisiya Şirkəti QSC müxtəlif səviyyələrdə əməliyyat həcmləri ilə bazarın fərqli seqmentlərində mövqelərini möhkəmləndirirlər.
Qeyd etmək lazımdır ki, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC bu dövrdə dövlət istiqrazları üzrə heç bir əməliyyat həyata keçirməyib.
Daha ətraflı aşağıdakı cədvəldə:
Sıra |
İnvestisiya Şirkətinin Adı |
Dövlət İstiqrazları üzrə əməliyyat həcmi (AZN) |
1 |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
3 143 692 102 |
2 |
"ABB İnvest İnvestisiya Şirkəti" QSC |
3 077 010 257 |
3 |
"İnvest-Az İnvestisiya Şirkəti" QSC |
199 248 953 |
4 |
CPM-İnvest İnvestisiya Şirkəti QSC |
146 376 916 |
5 |
Assist Finance İnvestisiya şirkəti ASC |
108 535 122 |
6 |
"Unicapital İnvestisiya Şirkəti" ASC |
77 455 719 |
7 |
MFX Trading İnvestisiya Şirkəti |
32 653 471 |
8 |
Capital Partners İnvestisiya Şirkəti QSC |
31 871 905 |
9 |
"PSG Kapital İnvestisiya Şirkəti" QSC |
14 395 863 |
10 |
"CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC |
12 932 092 |
11 |
Troni İnvestisiya Şirkəti QSC |
1 958 318 |
12 |
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC |
- |