2025-ci ilin yanvar–iyun ayları üzrə Bakı Fond Birjasında ticarət olunan qiymətli kağız bazarında aparılan əməliyyatların sayı açıqlanıb. Bu göstəricilər birja üzvlərinin aktivliyini əks etdirən əsas meyar kimi çıxış edir.
İnvestisiya şirkətlərinin əməliyyat həcminə görə renkinqi - (YANVAR-İYUN/2025)
FED.az xəbər verir ki, ən çox əməliyyat həyata keçirən şirkət “ABB İnvest İnvestisiya Şirkəti” QSC olub. Şirkət altı ay ərzində 13 min 956 əməliyyat reallaşdıraraq bazarda ilk sıraya yüksəlib.
İkinci yerdə “Unicapital İnvestisiya Şirkəti” ASC qərarlaşıb. Müvafiq dövrdə şirkət 4 min 359 əməliyyatla diqqət çəkib. İlk üçlüyü isə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tamamlayır. Şirkət 3 min 891 əməliyyatla liderlər arasında mövqeyini qoruyub.
“Troni İnvestisiya Şirkəti” 3 min 334 əməliyyatla dördüncü yerdə qərarlaşsa da, bu göstərici şirkətin bazarda artan fəallığından xəbər verir. Digər iştirakçılar olan Assist Finance, CPM-İnvest, PSG Kapital, İnvest-Az, Capital Partners kimi şirkətlər isə minin altındakı əməliyyat sayı ilə orta səviyyədə aktivlik göstəriblər.
Ən az əməliyyat həyata keçirən şirkətlər sırasında "CFI Financial" (74 əməliyyat) və "MFX Trading" (cəmi 38 əməliyyat) qərarlaşıb.
Əməliyyatların sayı birbaşa olaraq bazar iştirakçılarının aktivliyini və müştəri portfelinin genişliyini əks etdirir.
Daha ətraflı məlumat aşağıdakı cədvəldə:
Sıra |
İnvestisiya Şirkətinin Adı |
Cəmi Əməliyyatların Sayı |
1 |
"ABB İnvest İnvestisiya Şirkəti" QSC |
13 956 |
2 |
"Unicapital İnvestisiya Şirkəti" ASC |
4 359 |
3 |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
3 891 |
4 |
Troni İnvestisiya Şirkəti QSC |
3 334 |
5 |
Assist Finance İnvestisiya şirkəti ASC |
1 170 |
6 |
CPM-İnvest İnvestisiya Şirkəti QSC |
1 128 |
7 |
"PSG Kapital İnvestisiya Şirkəti" QSC |
768 |
8 |
"İnvest-Az İnvestisiya Şirkəti" QSC |
652 |
9 |
Capital Partners İnvestisiya Şirkəti QSC |
669 |
10 |
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC |
108 |
11 |
"CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC |
74 |
12 |
MFX Trading İnvestisiya Şirkəti |
38 |