Azərbaycanda həyat sığortası şirkətlərinin 2025-ci ilin yanvar-avqust dövrü üzrə yığımlarının dinamikası açıqlanıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bazar iştirakçılarının ümumi yığımları 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3% artaraq 502 milyon 524 min manatdan 593 milyon 573 min manata yüksəlib.
Məlumatlara görə, "Mega Həyat Sığorta" ASC yığımların artım sürətinə görə bütün rəqiblərini geridə qoyub. Şirkət 2024-cü ilin ilk səkkiz ayında 6 048 min manat yığım əldə etdiyi halda, 2025-ci ilin eyni dövründə bu rəqəmi 79,4% artıraraq 10 milyon 849 min manata çatdırıb.
İkinci ən yüksək artım 27,1% ilə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC-də müşahidə olunub. Şirkətin yığımları 57 milyon 533 min manatdan 73 milyon 158 min manata yüksəlib.
Digər şirkətlərin yığımlarındakı artım dinamikası isə belədir:
"Qala Həyat" Sığorta Şirkəti ASC: Yığımlar 17 549 min manatdan 21 063 min manata yüksələrək 20% artım göstərib.
"Paşa Həyat Sığorta" ASC: Bazarda ən böyük paya sahib olan bu şirkətin yığımları 414 milyon 859 min manatdan 481 milyomn 472 min manata çataraq 15,9% artıb.
"Xalq Həyat" Sığorta Şirkəti ASC: Şirkət yığımlarını 10,4% artıraraq 6 milyon535 min manatdan 7 milyon 211 min manata çatdırıb.
№ |
Sığortaçı |
2025, yanvar-avqust |
2024, yanvar-avqust |
Dinamika (məbləğ) |
Dinamika (faiz/dəfə) |
1 |
"Meqa Həyat Sığorta" ASC |
10 849 |
6 048 |
+4 801 |
+79,4% |
2 |
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC |
73 158 |
57 533 |
+15 625 |
+27,1% |
3 |
"Qala Həyat" Sığorta Şirkəti ASC |
21 063 |
17 549 |
+3 514 |
+20,0% |
4 |
"Paşa Həyat Sığorta" ASC |
481 472 |
414 859 |
+66 613 |
+15,9% |
5 |
"Xalq Həyat" Sığorta Şirkəti ASC |
7 211 |
6 535 |
+676 |
+10,4% |
YEKUN |
593 573 |
502 524 |
+91 051 |
+15,3% |