2025-ci ilin yanvar-avqust ayları üzrə Azərbaycanın həyat sığortası şirkətlərinin sığorta ödənişləri üzrə reytinqi açıqlanıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövrü ərzində həyat sığortası şirkətləri üzrə ödənişlərin ümumi həcmi 427 188 min manat təşkil edib ki, bu məbləğin böyük hissəsi, yəni 87,9%-i yalnız bir şirkətin payına düşüb.
Açıqlanan rəqəmlər bazarda "Paşa Həyat Sığorta" ASC-nin ödənişlər üzrə mütləq lider olduğunu bir daha təsdiqləyir. Şirkət hesabat dövrü ərzində müştərilərinə 375 641 min manat məbləğində ödəniş edib. Bu göstərici ilə "Paşa Həyat Sığorta" ödənişlər üzrə bazar payının 87,9%-ni özündə cəmləşdirib.
Lider şirkətdən sonra reytinqdə yer alan digər sığortaçıların ödəniş həcmi və bazar payı belədir:
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC 42 033 min manat ödəniş edərək ikinci yerdə qərarlaşıb. Şirkətin bazar payı 9,8% təşkil edir.
"Xalq Həyat" Sığorta Şirkəti ASC 3 855 min manat ödəniş edib və bazar payı 0,5% olub.
"Mega Həyat Sığorta" ASC 3 550 min manat ödəniş ilə dördüncü mövqedədir. Onun ödənişlər üzrə bazar payı 0,8%-dir.
"Qala Həyat" Sığorta Şirkəti ASC 2 109 min manat ödənişlə ilk beşliyi tamamlayır, bazar payı isə 0,5%-dir.
Həyat sığorta şirkətlərinin ödənişləri və bazar payı üzrə renkinqi (2025-ci il, yanvar-avqust ayları) |
|||
№ |
Sığortaçı |
Ödənişlərin həcmi (min manat) |
Ödənişlər üzrə bazar payı (%) |
1 |
"Paşa Həyat Sığorta" ASC |
375 641 |
87,9% |
2 |
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC |
42 033 |
9,8% |
3 |
"Xalq Həyat" Sığorta Şirkəti ASC |
3 855 |
0,5% |
4 |
"Meqa Həyat Sığorta" ASC |
3 550 |
0,8% |
5 |
"Qala Həyat" Sığorta Şirkəti ASC |
2 109 |
0,5% |
|
YEKUN |
427 188 |
|