2025-ci ildə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə şirkətlərin yığım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il bütün sığorta şirkətləri yığımlarını həm məbləğ, həm də faiz etibarilə artırmağa nail olublar.
Dinamika renkinqinin lideri "Meqa Həyat" şirkətidir. Sığortaçı illik yığımlarını 2,2 milyon manat (və ya 48,8%) artıraraq 4,6 milyon manatdan 6,8 milyon manata çatdırıb.
Artım tempinə görə ikinci yerdə "Xalq Həyat" qərarlaşıb. Şirkət 1,2 milyon manat (və ya 31,2%) artım nümayiş etdirərək yığımlarını 3,8 milyon manatdan 5 milyon manata yüksəldib.
Digər şirkətlərin göstəriciləri isə aşağıdakı kimidir:
"Atəşgah Həyat": Yığımlar 1,7 milyon manat (17,5%) artaraq 9,7 milyon manatdan 11,4 milyon manata çatıb.
"Qala Həyat": Şirkət yığımlarını 2,7 milyon manat (16,4%) artırıb və nəticədə göstərici 16,7 milyon manatdan 19,4 milyon manata yüksəlib.
"Paşa Həyat": Bazarın lideri olan şirkət yığımlarını 3,3 milyon manat (6,8%) artıraraq 49,6 milyon manatdan 52,9 milyon manata çatdırıb.
|
Həyat sığorta şirkətlərinin İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə dinamikasının renkinqi (2024/2025) |
|||||
|
|
Sığorta şirkətləri |
2025 manat |
2024 manat |
İllik müqayisə (manat) |
İllik müqayisə (faiz/dəfə) |
|
1 |
"Meqa Həyat Sığorta" ASC |
6 783 470 |
4 559 588 |
2 223 882 |
48,8% |
|
2 |
"Xalq Həyat" Sığorta Şirkəti ASC |
4 974 638 |
3 791 045 |
1 183 593 |
31,2% |
|
3 |
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC |
11 389 610 |
9 693 007 |
1 696 603 |
17,5% |
|
4 |
"Qala Həyat" Sığorta Şirkəti ASC |
19 422 384 |
16 687 668 |
2 734 716 |
16,4% |
|
5 |
"Paşa Həyat Sığorta" ASC |
52 911 732 |
49 564 885 |
3 346 847 |
6,8% |
|
|
CƏMİ |
95 481 834 |
84 296 193 |
3 407 475 |
4,0% |










