2025-ci il üzrə həyat sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə renkinqi müəyyənləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il bu sığorta növü üzrə ümumi yığımlar 95,5 milyon manat təşkil edib.
Bazarın mütləq lideri "Paşa Həyat Sığorta" şirkəti olub. Şirkət 52,9 milyon manat sığorta haqqı toplayaraq bazarın 55%-nə nəzarət edir.
İkinci pillədə 19,4 milyon manat yığımla "Qala Həyat" qərarlaşıb ki, bu da bazarın 20%-i deməkdir. İlk üçlüyü 11,4 milyon manat (bazar payı 12%) göstərici ilə "Atəşgah Həyat" tamamlayır.
Digər bazar iştirakçılarından "Meqa Həyat" 6,8 milyon manat (bazar payı 7%), "Xalq Həyat" isə 5 milyon manat (bazar payı 5%) sığorta haqqı toplayıb.
|
Həyat sığorta şirkətlərinin İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə renkinqi (2025-ci il) |
|||
|
№ |
Sığortaçı |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortahəcmi (manat) |
Bazar payı |
|
1 |
"Paşa Həyat Sığorta" ASC |
52 911 732 |
55% |
|
2 |
"Qala Həyat" Sığorta Şirkəti ASC |
19 422 384 |
20% |
|
3 |
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC |
11 389 610 |
12% |
|
4 |
"Meqa Həyat Sığorta" ASC |
6 783 470 |
7% |
|
5 |
"Xalq Həyat" Sığorta Şirkəti ASC |
4 974 638 |
5% |
|
|
CƏMİ |
95 481 834 |
- |










