2023-cü ildə Bakıda ictimai iaşə dövriyyəsi 1 milyard 451,6 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə real ifadədə 18,7 faiz çoxdur
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 53,9 faizi hüquqi şəxslərin, 46,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci illə müqayisədə 14,1 faiz artaraq 787,5 milyon manat olub.
Restoranlardan ən çox Səbail rayonundakı restoranlar qazanıb 471,9 m ilyon manat.
Nərimanov rayonundakı restoranların dövriyəsi 217,9 milyon manat təşkil edib.
Ən az dövriyyə isə 7,6 milyon manat göstərici ilə Pirallahı rayonunda olub.
S-n |
Rayonlar |
İaşə dövriyyəsinin dəyəri, min manat |
|
Bakı şəhəri - cəmi |
1 451 578,6 |
1 |
Səbail |
471 919,0 |
2 |
Nərimanov |
217 884,0 |
3 |
Yasamal |
146 428,1 |
4 |
Xətai |
124 354,8 |
5 |
Nəsimi |
122 276,3 |
6 |
Nizami |
89 631,0 |
7 |
Binəqədi |
85 389,6 |
8 |
Xəzər |
69 086,4 |
9 |
Qaradağ |
43 545,2 |
10 |
Sabunçu |
43 357,3 |
11 |
Suraxanı |
30 108,9 |
12 |
Pirallahı |
7 598,0 |