2023-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə real ifadədə 17,4 faiz artaraq 7 milyard 348,6 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Təkcə hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 507,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,0 faizini təşkil edib.
Cari ildə hər bir şəhər sakini orta hesabla 241,7 manatlıq və ya 2022-ci illə müqayisədə nominal ifadədə 50,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edir.
Bakı şəhəri üzrə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 7 milyard 348,6 milyon manat olub.
Ən yüksək göstərici 1 milyard 62 milyon manatla Nəsimi, ən aşağı göstərici isə 2,3 milyon manatla Piralahı rayonunda olub.
| S-n | Rayonlar | Ödənişli xidmətlərin dəyəri, min manat | 
| 
 | Bakı şəhəri - cəmi | 7 348 581,4 | 
| 1 | Nəsimi | 1 222 266,4 | 
| 2 | Xəzər | 1 061 629,7 | 
| 3 | Nizami | 725 000,3 | 
| 4 | Xətai | 679 196,6 | 
| 5 | Nərimanov | 597 947,4 | 
| 6 | Sabunçu | 443 434,6 | 
| 7 | Binəqədi | 414 315,2 | 
| 8 | Səbail | 404 369,7 | 
| 9 | Suraxanı | 166 207,9 | 
| 10 | Qaradağ | 101 963,3 | 
| 11 | Pirallahı | 2 347,4 | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








