2023-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə real ifadədə 17,4 faiz artaraq 7 milyard 348,6 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Təkcə hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 507,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,0 faizini təşkil edib.
Cari ildə hər bir şəhər sakini orta hesabla 241,7 manatlıq və ya 2022-ci illə müqayisədə nominal ifadədə 50,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edir.
Bakı şəhəri üzrə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 7 milyard 348,6 milyon manat olub.
Ən yüksək göstərici 1 milyard 62 milyon manatla Nəsimi, ən aşağı göstərici isə 2,3 milyon manatla Piralahı rayonunda olub.
S-n |
Rayonlar |
Ödənişli xidmətlərin dəyəri, min manat |
|
Bakı şəhəri - cəmi |
7 348 581,4 |
1 |
Nəsimi |
1 222 266,4 |
2 |
Xəzər |
1 061 629,7 |
3 |
Nizami |
725 000,3 |
4 |
Xətai |
679 196,6 |
5 |
Nərimanov |
597 947,4 |
6 |
Sabunçu |
443 434,6 |
7 |
Binəqədi |
414 315,2 |
8 |
Səbail |
404 369,7 |
9 |
Suraxanı |
166 207,9 |
10 |
Qaradağ |
101 963,3 |
11 |
Pirallahı |
2 347,4 |