Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istiandən xəbər verir ki, cari ilin yanvar ayında bu növ sığorta üzrə zərərlilik göstəricisi 64,4% edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% azalıb.
2023-ci ilin yanvar ayında bu göstərici 70,3% təşkil edib.