Azərbaycanda 2022-ci ildə sərmayələrin ən çox artıb-azaldığı rayon/şəhərlər məlum olub.
Azərbaycanda ən çox və ən az pul yatırılan rayon/şəhərlər – SİYAHI-MƏBLƏĞLƏR (01.04.2021)
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə əsas kapitala sərmayələr 10,4% artıb.
2022-ci ildə hesablamaların aparıldığı 73 rayon və şəhərdən 42-sində sərmayələrin artımı, 31 rayonda isə azalması baş verib.
Ötən il ən çox artım Neftçala rayonunda qeydə alınıb - 4,8 dəfə.
Zəngilan rayonunda sərmayələr 3,4 dəfə, Cəbrayılda 2,7 dəfə, Şirvan, Xızı və Lerikdə isə 2,6 dəfə artım baş verib.
Kapital qoyuluşunun məbləğ ifadəsində ən çox artdığı rayonlar Zəngilan, Cəbrayıl, Şuşa, Ağdam, Laçın, Naxçıvan, Kəlbəcər, Bakı şəhərləri olub.
Sərmayələrin ən böyük azalması isə Şahbuz, Naftalan və Ordubad rayonlarinda baş verib - 9-12 dəfə azalma.
Məbləğ ifadəsində ən böyük azalma isə Abşeron rayonu, Sumqayıt şəhəri və Füzulidə qeydə alınıb.
FED.az Azərbaycanın bölgələrində 2022-ci ildə yatırımların artıb azalmasını təqdim edir.