Azərbaycanın ayrı-ayrı rayon/şəhərlərində 2021-ci ildin yanvar-mart aylarında əsas kapitala yönəldilən vəsaitlərin həcmi məlum olub.
Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR/ŞƏHƏRLƏR - TAM SİYAHI
FED.az-ın məlumatına görə, ötən il ən çox investisiya paytaxt Bakıya yatırılıb. Sərmayələrin həcminə görə, sonrakı yerləri Abşeron, Naxçıvan şəhəri, Sumqayıt və Şabran tutur.
İndiyədək işğalda olan rayon/şəhərləri nəzərə almasaq, ötən il əsas kapitala ən az vəsait yönəldilən rayonlar Gədəbəy, Balakən, Qobustan və Qax olub.
Əsas kapitala yönəldilmiş vəsaitlər – bütün növ əsas vəsaitlərin alınmasına, yaradılmasına və təkrar istehsalına yönəldilmiş xərclərin məcmusudur.
Əsas kapitala yönəldilmiş vəsaitlər tikinti-quraşdırma işlərinə, quraşdırılması tələb olunan və ya tələb olunmayan, tikili və obyektlərin smetasına daxil olan və ya daxil olmayan maşın və avadanlıqların alınmasına və quraşdırılmasına, işçi və məhsuldar heyvanların alınmasına, çoxillik əkmələrin və meşə zolaqlarının salınmasına, layihə-axtarış və sair işlərin yerinə yetirilməsinə sərf edilən xərclərin cəmindən ibarətdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin maliyyələşdirmə mənbələri müəssisə və təşkilatların öz vəsaitləri, büdcə vəsaitləri (dövlət büdcəsi və ya yerli büdcələr), əhalinin şəxsi vəsaitləri, bank kreditləri, büdcədənkənar fondların vəsaitləri və digər vəsaitlər ola bilər.