Azərbaycanda qiymətli kağızlara yatırımlardan ən çox gəlir götürən banklar məlum olub.
FED.az RENKİNQ Azərbaycan banklarının investisiya və ticarət qiymətli kağızlarına yatırımlarından əldə etdiyi gəlirə görə renkinq tərtib edib.
Azərbaycanda ən çox və ən az komissiya haqqı toplayan banklar – SİYAHI, MƏBLƏĞLƏR
Ümumi gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
2022-ci ilin ilk yarım ilini əhatə edən renkinqə əsasən, bu dövrdə ölkə bankları qiymətli kağızlara yatırımlardan ümumilikdə 129 milyon 344 min manat gəlir əldə ediblər.
Amma bankların heç də hamını qiymətli kağızlardan gəlir əldə etməyiblər – renkinqə əsasən ölkədə fəaliyyət göstərən 26 bankdan yalnız 20 bankın bu sahədən gəliri var.
Ən çox gəlir götürən banklar «Azərbaycan Beynəlxalq Bankı - ABB», «Kapital Bank» və «Paşa Bank»dır. Bu sahədən gəlirin 32%-i «Kapitalbank»ın payına düşür. ABB və «Paşa Bank» ümumi gəlirdən eyni paya malikdirlər – hərəyə 25,4%.
Qiymətli kağızlara yatırımlardan əldə edilən gəlirin həcminə görə sonrakı yerləri «Xalq Bank» və «Rabitəbank» tutur. «Unibank» 6-cı sıradadır.
İlk 6 yerdə dayanan banklar QK-dan ümumi gəlirlərin 90%-nə nəzarət edirlər.
Qeyd edək ki, son dövrlər kredit bazarında aktivliyin və rəqabətin artması nəticəsində kredit marjasının aşağı düşməsi bankları öz vəsaitlərinin bir hissəsini QK-da yerləşdirməyə həvəsləndirir. Qiymətli kağızlara yatırım, banka demək olar ki, risksiz (çünki bazarın böyük hissəsi dövlət və dövlətə bağlı şirkətlərin QK-dan ibarətdir ) gəlir gətirir.
Bunula yanaşı, qeyd edək ki, qiymətli kağızlara böyük yatırım bankdakı izafi likvidliyin və kredit fəaliyyətindəki problemlərin göstəricisi də sayıla bilər.
Eyni qaydada QK-a yatırımın edilməməsi bankın (1) həm öz vəsaitlərini kreditlərə yönəltməsi (yaxşı əlamət), (2) həm də bankın bunun üçün yetərincə vəsaitinin olmamasını göstərə bilər.
Təqdim olunan renkinqdə hər iki hal əkini tapıb.