Azərbaycanda komissiya haqqından ən çox və ən az gəlir əldə edən banklar məlum olub.
Ümumi gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
FED.az RENKİNQ ölkədə ilk dəfə olaraq bankların komissiya haqqı gəlirlərinə görə renkinqini tərtib edib.
2022-ci ilin ilk yarım illiyinin nəticələrini əhatə edən Renkinqə əsasən ilk yarım ildə ölkədə fəaliyyət göstərən bankların komissiya haqqı gəlirləri 387 milyon 785 min manat təşkl edib.
İlk yarım ildə ölkədə ən çox komissiya haqqı toplayan «KapitalBank» olub – 162,5 milyon manat və ölkədə toplanılan bütün komissiya haqlarının təqribən 42%-i bu bankın payına düşüb.
Sonrakı yerləri tutan «Paşa Bank» və «Azərbaycan Beynəlxalq Bankı» (ABB) bankın topladığı komissiya haqlarının həcmi müvafiq olaraq ölkə üzrə ümumi göstəricinin 13% və 11%-ni təşkil edib.
Ölkənin ən iri banklarını bu siyahıda «Unibank» və «Rabitabank» izləyir – ölkə üzrə komissiya yığımlarının müvafiq olaraq 5,5% və 4%-i bu bankların payına düşür.
Ümumilikdə bu siyahıda ilk 5-likdə olan banklar ölkə üzrə bütün komissiya yığımlarının 76%-nə nəzarət edirlər.
Ölkədəki 26 bankdan 12-də bazar payı 1%-dən aşağıdır.