Azərbaycanda ən çox işçi olan rayonlar və şəhərlər açıqlanıb.
Azərbaycanda ən çox və ən az əmək haqqı olan – RAYON/ŞƏHƏRLƏR - SİYAHI(31.12.2022)
FED.az Dövlət Statistika Komitəsinə xəbər verir ki, ölkədə əmək müqaviləsi ilə çalışan 1,73 milyon nəfərdən yarıdan çoxu – 898 min nəfəri Bakı şəhərində işləyir.
Bakıdan sonra işçi sayına görə sonrakı yerləri Sumqayıt və Naxçıvan şəhərləri tutur- 57 min və 56,5 min nəfər. Gəncə şəhərində 46 min nəfər, Abşeronda isə 40 min nəfərə yaxın insan rəsmi çalışır. Lənkəran və Şəki rayonlarını (21-22 min nəfər) çıxmaqla, qalan bütün rayonlarda rəsmi işləyənlərin sayı 20 min nəfərdən azdır.
Ölkənin 74 rayon və şəhəri arasında 41 rayon və şəhərdə işləyənlərin sayı 10 min nəfərdən azdır.
14 rayonda isə işləyənlərin sayı 5 mindən də aşağıdır, bunların əksəriyyəti işğaldan yeni azad edilən və hələlik tam məskunlaşdırılmayan rayonlardır.
Bununla yanaşı, bəzi digər rayonlarda da işləyənlərin sayı olduqca azdır.
Belə ki, Xızı rayonunda 2,5 min nəfər, Naftalanda 2,8 min nəfər, Qobustanda 3,2 min nəfər işləyən adam var. Şahbuz, Kəngərli, Yardımlı, Daşkəsən, Oğuz və Sədərək rayonlarında işləyənlərin sayı 4,5-5 min nəfər arasındadır.