Azərbaycanda ən yüksək və ən aşağı əmək haqqı olan rayon-şəhərlər açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin sonunda ölkədə orta aylıq əmək haqqı 839 manat təşkil edib.
İşçilərə ödənilən əmək haqqı məbləğınə görə – BANKLARIN RENKİNQİ (31.12.2022)
Ən yüksək əmək haqqı ənənəvi olaraq Bakı şəhərində qeydə alınıb – 1080 manat.
Əmək haqqının məbləğinə görə növbəti yeri çoxsaylı filiz və qızıl yataqlarında iş gedən Daşkəsən (955 manat) və Gədəbəy (737 manat) rayonları tutur.
Azərbaycanda əməkhaqqı xərci dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
Ölkə üzrə maaşların məbləği 839 manat olsa da, realıqda ölkənin cəmi 5 şəhər və rayonunda maaşların məbləği 700 manatı keçir. Yuxarıdakı 3-lükdən əlavə buraya Sumqayıt (733 manat) və Şuşa (713 manat) daxildir.
Cəmi 8 rayonda isə maaşlar 600-700 manat arasında dəyişir.
Digər bütün rayonlarda orta aylıq əmək haqqı 500-600 manat arasında dəyişir.
Ən aşağı əmək haqqı olan 4 rayonda isə maaşlar 500 manatdan da aşağıdır. Bunlar Qax rayonu (451), Baləkən rayonu (480), Xızı rayonu (488 manat) və Beyləqan rayonudur (498 manat).