Bankların aktivləri – onların maliyyə sektorunda mövqeyi, gücü və maliyyə imkanlarını əks etdirən əsas göstəricilərdən biridir.
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)
FED.az bankların 2024-cü ilin birinci rübünün yekunu üzrə ölkədə fəaliyyət göstərən bankların aktivlərinin həcmini araşdırıb.
Aktivlərin həcminə görə 1-ci yeri Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı “Azərbaycan Beynəlxalq Bankı (ABB)” tutur - bankın aktivləri 13,2 milyard manat həcmindədir.
Aktivlərin həcminə görə, 2-ci və 3-cü pillədə cuzi fərqlə “Paşa Holdiq”in bankları “Kapital Bank” və “Paşa Bank” qərarlaşıb. Müvafiq olaraq “Kapital Bank”ın aktivləri 8 milyard 766 milyon manat, “Paşa Bank”ın aktivləri isə 8 milyard 747 milyon manatdır.
Aktivləri ən az olan bank Melli İran Bankı Bakı filialı olub - 114 min manat. İran bankı ilə yanaşı, «Bank Avrasiya» və «Naxçıvan Bank»da aktivlərinin həcminə görə ölkənin ən kiçik bankları sırasındadır.
Digər banklar və aktivlərin həcmi cədvəldə: