Azərbaycanda aparıcı bank olmayan kredit təşkilatlarından biri – «Kredaqro» BOKT MMC 1 milyon manatlıq istiqrazlarını buraxmağa hazırlaşır.
Amerika təşkilatı Azərbaycanda sahib olduğu BOKT-u - RUSİYA ŞİRKƏTİNƏ SATIB
Azərbaycan BOKT-ları I yarımildə 14 milyon manat - Xalis Mənfəət Əldə Edib
«Kəpəz» BOKT sürətlə böyüyüb - MƏNFƏƏT AÇIQLADI - HESABAT
FED.az xəbər verir ki, artıq «Kredaqro»nun istiqraz emissiyası ilə bağlı Emissiya prospekti (qiymətli kağızın buraxılışı münasibətilə buraxılan və özündə həm QK-in parametrləri, həm də təşkilatın indiki durumu barədə məlumatları əks etdirən sənəd) birjada qeydə alınıb.
Sənədə əsasən, «Kredaqro» BOKT hər biri 100 manat olmaqla 10 min ədəd və ya ümumilikdə 1 milyon manatlıq istiqraz buraxacaq.
İstiqrazlarnın dövriyədə olma müddəti 18 ay, illik gəlirliyi 11% təşkil edir. Faizlər 3 aydan (90 gün) bir ödənilir.
3 ildir zərərlə işləyir və zərər dövrü davam edir
Emissiya prospektində şirkətin maliyyə durumu ilə bağlı açıqlanan göstəricilər isə «Kredaqro»nun artıq 3 ildir ki, zərərlə işlədiyini göstərir.
Belə ki, «Kredaqro» 2019-cu ili 6,6 milyon manat mənfəətlə başa vurduğu halda (ölkə banklarının bir hisəsi uzun illərdir ili belə mənfəətlə başa vurmayıblar – FED.az), 2020-ci ili 1 milyon 415 min manat zərərlə başa vurub. 2021-ci ildə zərər bir qədər də artaraq 1 milyon 438 min manat olub. Şirkətin zərərli dövrü 2022-ci ildə də davam edir – bu ilin ilk yarısında «Kredaqro» BOKT yenə zərərlə işləyib. Bu mövzuda yeganə müsbət məqam odur ki, bu ilin ilk yarısında zərər ötən ilkindən 3 dəfə azdır.
Son 3 ildə şirkətin aktivləri də azalıb və «Kredaqro» xeyli kiçilib. 2019-cu ilin sonunda şirkətin aktivləri 12,4 milyon manat olduğu halda, 2020-ci ilin sonunda bu rəqəm 11,4 milyon (8% azalma), 2021-ci ilin sonunda isə ümumiyətlə 7,6 milyon manat (33,3% azalma) olub.
Yalnız 2022-ci ilin ilk yarısından sonra aktivlər bir qədər artaraq 7,8 milyon manata yüksəlib.
Aktivlərdəki dəyişmə trayektoriyası şirkətin kapitalının vəziyyətinə də aiddir. «Kredaqro»nun kapitalı 2019-cu ildəki 7,6 milyon manatdan 2020-ci ilin sonunda 6,1 milyon manata, 2021-ci ilin sonunda isə 4,6 milyon manata enib.
Yalnız 2022-ci ilin ilk yarısından kapital yenidən artmağa başlayıb və 4,7 milyon manata yüksəlib.
Hər 100 manat kreditin 24 manatı qaytarılmır
«Kredaqro»nun əsas problemi kredit portfelinin keyfiyyəti ilə bağlıdır. 2 il əvvəl korlanan kredit portfelini indiyədək «təmizləmək» mümkün olmayıb. 2019-ci ilin sonunda BOKT-un 8,3 milyon manatlıq kredit portfelinin 1,5 milyon manatı, yəni 18,5%-i problemli idi.
2020-ci ilin sonunda kredit portfeli 7,7 milyon manata, problemli hissə isə 1,4 milyon manata endi – yenə də problemli kreditlərin payı 18,3% ətrafında idi.
2021-ci ilin sonunda isə «Kredaqro»nun kredit portfeli sürətlə azalaraq 5,4 milyon manata enib. Problemli kreditlər isə daha az azalıb – 1,3 milyon manat.
Şirkətin rəhbərliyi emissiya prospektinə verdiyi rəydə diqqəti bu azaltmaya yönəltsə də, reallıq odur ki, kredit portfelinin problemli hissəsi 24%-ə yüksəlib.
Böyük ehtimalla, şirkət bu 2022-ci ili zərərlərin aradan qaldırılmasına sərf edərək, mənfəətə 2023-ci ildə çıxmağı planlaşdırır. İstiqrazların 18 aylığa buraxılması da bununla bağlıdır.
Zərərlə işlədiyini, eləcə də istiqrazların gəlirlilik səviyyəsini nəzərə alanda, onun əsas alıcıları ya BOKT-a yaxın, ya da anderrayterin cəlb etdiyi investorlar olacaq.