Azərbaycanda əmanətlərin sığortalanması sistemi dəyişməlidir. FED.az xəbər verir ki, bu barədə bu gün bankda keçirilən mətbuat konfransında bankın idarə heyətinin sədri Yevgeni Kirinin məlumat verib. Onun sözlərinə görə, hazırda banklardakı əmanətlər məbləğindən asılı olmayaraq sığortalanır, amma indi bu məbləğə limit qoymaq daha yaxşı olardı. Bank sədi bildirib ki, hazırda Azərbaycanda mövcud olan əmanətlərin sığortalanması sistemi böhran dövrü üçün yaxşı idi və özünü 2015-2016-cı illərdə doğruldub: «Amma indiki reallıqlarda, hansı ki, iqtisadi sabitlik var, göstəricilər yüksəlir, iqtisadiyyat canlanıb - biz hesab edirik ki, əmanətlərin sığortalanması sistemi bütün dünyadakı klassik prinsipə keçməlidir».
Eləcə də bax: "Bank VTB Azərbaycan" kompensasiyaları başa çatdırıb – SƏDRDƏN AÇIQLAMA
Yevgeni Kirinin sözlərinə görə, bank əmanətlərinin sığortalanması üzrə maksimal məbləği müəyyən edilməlidir. Belə vəziyyətdə əmanətlər bütün banklarda bölünə biləcək.
BTV Bank Azərbaycanın rəhbəri əmanətlərin maksimal faiz dərəcəsinin də azalmasını təklif edir. Onun sözlərinə görə, bazardakı hər bir bank öz risklərini və imkanlarını özə idarə edir: «Həm də bank sisteminin göstəricilərdən də məlum olur ki, hazırda depozitlər üzrə faiz dərəcələri fondun (Əmanətlərin Sığortalanması Fondunun – FED.az) limitlərindən aşağıdır, yəni 10%-dən azdır».