Bu il ölkədəki plastik kartların sayı ötən ilə nisbətən artıb.Bu Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar ayının yekunları üzrə açıqladığı statistikadan məlum olub.
FED.az AMB-ə istinadən xəbər verir ki, ödəniş kartlarının sayı 6 mln 550 min ədəddir. Bu kartların 5 mln 677 min ədədi (86,52%) debet kartları, qalan 873 min ədədi isə kredit kartlarıdır (13,48%).
Ötən ilin eyni dövründə ölkədəki plastik kartların sayı 5 mln 820 min ədəd idi.
Bu da 1 il ərzində plastik kartlarıın sayının 12,54% və ya 730 min ədəd artdığını göstərir.Son 1 ayla müqayisə də isə kartların sayı 39 min ədəd və ya 0,60% artıb.
Eləcə də bax:Problemli kreditlər həm manatda, həm dollarda - AZALIB
Əmək haqqı kartlarının sayı bu ilin yanvar ayında ötən aya nisbətən 13 min ədəd artaraq 2 mln 53 min ədəd olub. Ötən ilə nisbətən isə artım 211 min ədəd təşkil edib. Xatırladaq ki, ötən ilin dekabr ayında noyabr ayına nəzərən mək haqqı kartlarının sayı min ədəd azalaraq 2 mln 40 min ədədə enmişdi.
Plastik kartlar vastəsi ilə edilən əməliyyatların həcmi bu ilin yanvar ayının yekunu üçün 1 mlrd 436 mln manat təşkil edib. Ötən il isə bu göstərici 1 mlrd 138 mln manat idi. Deməli 1 ildə plastik kartlarla edilən ödənişlərin həcmi 26,2% artıb.Ötən aya nisbətən isə 21,79% azalıb. Qeyd edək ki, ötən ay plastik kartlar vastəsi ilə edilən əməliyyatların həcmi 1 mlrd 836 mln manat idi.
Maaşını kartla alanların sayı kəskin artıb - RƏQƏMLƏR
12:04
11 Mart 2019