FED.az AMB-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayının sonuna ölkə üzrə kredit portfeli 12 mlrd 884,7 mln manat, problemli kreditlərin məbləği isə 1 mlrd 569,4 mln manat olub. Beləliklə, ümumi kredit portfelində problemli kreditlərin payı 12,2% təşkil edib.
Ötən ilin eyni dövründə isə kredit portfeli 11 mlrd 656,2 mln manat, problemli kreditlər 1 mlrd 695,9 mln manat olmuşdu.
Beləliklə, son bir ildə kredit portfeli 10,54% və ya 1 mlrd 228,6 mln manat artarkən, problemli kreditlərin həcmi 126,5 milyon manat və ya 7,46% azalıb.
Eləcə də bax: Problemli kreditlərin həllinə dair sual-cavab
Ölkə üzrə kredit portfelinin 8 mlrd 063 mln manatı (62,58%) millli valyutda, 4 mlrd 821,1 mln manatı (37,41%) isə xarici valyutada verilib.
Ötən il ölkə üzrə kreditlərin 6 899.9 milyon manatı (ümumi kredit portfelində 59,2%) manatla, 4 756,3 milyon manatı (40,8%) dollarla verilmişdi. Başqa sözlə, son bir ildə manat kreditləri 16,85%, dollar kreditləri isə 1,36% artıb.
Yanvar ayında ölkə üzrə kreditlərin həcmi 1,04%, vaxtı keçmiş kreditlərin məbləği 0,98% azalıb. Belə ki, ötən ay kredit portfeli 13 mlrd 020,3 mln manat, kredit portfelinin məbləği isə 1 mlrd 585 mln manat idi.
Bu ilin yanvar ayında milli valyutada problemli kreditlərin ümumi kredit portfelində payı 9,63% təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 11,69% idi.
Xarici valyutada isə vaxtı keçmiş kredit məbləğinin ümumi kredit portfelində xüsus çəkisi bu ilin yanvarında 16,45%, ötən ilin müvafiq dövründə 18,69% idi.
Beləliklə, 1 ildə manatla və xarici valyutada götürülən problemli kreditlərin həcmi azalıb. Ümumən isə xarici valyutadakı problemli kreditlərin xüsusi çəkisi milli valyutadan daha çoxdur.
Azərbaycanda bankların kredit portfeli və problemli kreditlərin həcmi (01.02.2019) – milyon manatla
Kreditляр |
Kredit Portfeli |
Problemli kreditlər |
|
Məbləği |
Payı % |
||
Milli valyutada |
8 063,6 |
776,3 |
9,63% |
Xarici valyutada |
4 821,1 |
793,1 |
16,45% |
Cəmi |
12 884,7 |
1 569,4 |
12,18% |