Ötən axşam yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda dağıntılar qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Təbriz Məmmədov məlumat verib.
O qeyd edib ki, hazırda vəziyyət normaldır:
“Həyat öz axarı ilə davam edir. Bəzi yerlərdə dağıntılar var. Əvvəldən zədəli olan köhnə binalarda çatlar əmələ gəlib, həyət evlərinin hasarları uçub”.
Eləcə də bax: Kəmaləddin Heydərov Şamaxıya getdi
T.Məmmədov qeyd edib ki, onlarla adam xəstəxanaya yerləşdirilib:
“Buna səbəb də insanların panikaya düşməsi olub. Bəziləri küçəyə çıxanda yıxılıb, bəzilərinin həyəcandan təzyiqi qalxıb. Ümumilikdə dağıntılar altında qalan yoxdur, tələfat qeydə alınmayıb”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, ötən axşam respublika ərazisində zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.